Qurban Qurbanov: "Azarkeşlər üçün baxımlı oyun alındı"

2 Fev 2025
Qurban Qurbanov: "Azarkeşlər üçün baxımlı oyun alındı"
Misli Premyer Liqasının XXI turunun “Zirə” - “Qarabağ” oyunundan (3:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Çox yaxşı mübarizə oldu. Azarkeşlər üçün baxımlı oyun alındı. İşlərin belə getməsini istəməzdik. Yenə də dönüş edəcəyik. 3-4 gündən bir oyuna çıxırdıq. Komandanı matçlara hazırlamaq asan olmurdu. Futbolçularımızın üzərinə getmək istəmirəm, sadəcə yoruldular. Bəziləri çoxdan idi oynamırdılar, bu gün 90 dəqiqə meydanda oldular. Qarşıdakı görüşlərə hazırlaşacağıq”.