Qurban Qurbanov: “Azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik”

11 May 2019
Qurban Qurbanov: “Azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik”
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda səfərdə "Neftçi"nii 3:2 hesabı ilə məğlub edərək 2018/2019 mövsümünü çempion kimi başa vurub.
Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:
“Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin "Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı”