Qurban Qurbanov: `Azarkeşlərdən sona qədər dəstək gözləyirik`

single-news
26 Avq 2009

Qurban Qurbanov: `Azarkeşlərdən sona qədər dəstək gözləyirik`



`Qarabağ` artıq Avroliqanın qrup mərhələsinə hazırdır. Komandamız sonuncu məşqini də bitirib oyun saatını gözləməyə başlayıb. Komandamız sonuncu məşqinə 19:00-da çıxdı. Yüksək əhval-ruhiyyədə keçən məşq 1 saat davam etdi. Komandamızda itki sadəcə Rəşad Sadıqovdur. Emin komandayla çalışmalara qatılsa da, onunla bağlı son qərarı baş məşqçimiz verəcək. Oyunöncəsi keçirilən mətbuat konfransında Qurban müəllim nikbindi və ancaq qələbə haqqında düşündüyünü ifadə etdi:`Tvente`ylə oyuna ciddi hazırlaşmışıq. Elnur da sıraya dönüb. Rəşadın oynamayacağı əvvəlcədən bəlli idi. `Tvente` Hollandiya çempionatının lideridi. Rəqib nə qədər güclü olduğunu bilirik. Amma bu o demək deyil ki, biz qələbə haqqında düşünmürük. Hədəfimiz maksimimdur. Bu oyunda azarkeşlərdən çox şey gözləyirəm. Belə oyunlar hər zaman olmur. Bu oyun üçün yetərincə motivasiyamız var. Bilirik ki, bu oyundan hər bir azərbaycanlı bizdən qələbə gözləyir. İnşallah, sabahkı oyunda lazımi nəticəni əldə etməyə çalışacağıq.`

Paylaş

// pop up