Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik"

single-news
16 İyl 2019

Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik"



"Qarabağ"ımız sabah Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Albaniyanın "Partizani" klubunu qəbul edəcək. Baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: 

"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdi, oyun intizamı yüksəkdi, aqressiv müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər. "Partizani" bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik".

Paylaş