Qurban Qurbanov: "Azarkeşlərimizin yanımızda olması futbolçulara güc verdi" - VİDEO

single-news
21 Okt 2021

Qurban Qurbanov: "Azarkeşlərimizin yanımızda olması futbolçulara güc verdi" - VİDEO



Baş məşqçimiz Qurban Qurbanov UEFA Konfrans Liqasında "Kayrat"la keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

 

"Komandanı təbrik edirəm. Çox yaxşı rəqibə qarşı oynadıq. "Kayrat" standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar bizə, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçularımın daha istəkli olduqlarını gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi".

 

Paylaş