Qurban Qurbanov: "Azarkeşlərin tribunalarda olması bizim üçün əlavə üstünlükdür"

single-news
21 İyl 2021

Qurban Qurbanov: "Azarkeşlərin tribunalarda olması bizim üçün əlavə üstünlükdür"



Komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının "Aşdod"la keçiriləcək oyunundan öncə mətbuat konfransında çıxış edib. Baş məşqçimiz matçla bağlı bunları söyləyib:

 

"İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq, hazırlığımız yaxşı alınıb. Müəyyən problemlər var. Çalışacağıq ki, bunlar meydanda görünməsin. Bu matçda ən yaxşısını etməyə çalışacağıq. Azarkeşləri stadionlara qayıtmaqları münasibətilə təbrik edirəm. Fanatlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Azarkeşlərin tribunalarda olması bizim üçün əlavə üstünlükdür".

Paylaş