Qurban Qurbanov `Barselona`ya getdi
9 Yan 2012
Qurban Qurbanov `Barselona`ya getdi
`Qarabağ`ımızın nümayəndə heyəti bu gecə İspaniyaya yollanır. Komandamızın baş məşqçisi Qurban Qurbanov 1 həftə ərzində İspaniyanın dünyaca məşhur `Barselona`sının düşərgəsində olacaq. Qurbanovu İspaniyada `Qarabağ`ımızdan Anar Məmmədli və metodiki-məşqçimiz Borçe Xristov müşayət edəcək.
Səfər çərçivəsində katalonların məşqlərini izləyəcək baş məşqçimiz müəyyən görüşlərinin baş tutması gözlənilir. Qurban Qurbanov eyni zamanda səfər çərçivəsində `Barselona`nın oyunlarını da izləyəcək. Belə ki, Yanvarın 13-də İspaniya kubokunda Osasunada yerli komandayla katalonların cavab görüşünü izləyəcək çalışdırıcımız ardınca `Nou Kamp`da Yanvarın 15-də baş tutacaq `Barselona` - `Betis` mücadiləsini izləyəcək. Növbəti gün isə nümayəndə heyətimiz Bakıya qayıdacaq.