Qurban Qurbanov: `Baxımlı oynamağa çalışacağıq.`

single-news
25 Avq 2010

Qurban Qurbanov: `Baxımlı oynamağa çalışacağıq.`



Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq `Qarabağ` - `Borussiya` matçı öncəsi mətbuat konfransı keçirilib. İlk olaraq 19:15-də media nümayəndələrinin önünə `Qarabağ`ımızın çalışdırıcısı Qurban Qurbanov çıxıb.  Qurban müəllim açıqlamasında oyunun maraqlı keçecəyini, ilk oyunda alınmış nəticəyə baxmayaraq meydana qələbə üçün çıxacaqlarını bildirdi. Baş məşqçimiz meydana toplaşacaq azarkeşlərin maraqlı oyun izləyəcəyinə ümid etdiyini bildirdi. İlk oyunla müqayisədə komandanın heyətində elə də böyük dəyişikliklərin olmayacağını vurğuladı.

Ardınca komandamızın oyun öncəsi bir saatlıq məşqi baş tutdu. Qurban müəllim hazırlıqda oyunçuları elə də yormadı.

`Borussiya`nın baş məşqçisi Yurgen Klopp isə 20:30-da mətbuat konfransında iştirak etdi. Dortmundluların çalışdırıcısı ilk oyunda aldıqları qələbəni unutduqlarını və sabah oyuna qələbə üçün çıxacaqlarını bildirdi. `Qarabağ`ın çox gənc və inkişaf etməkdə olan komanda olduğunu vurğuladı. Komandanın son iki ildə pley-offda oynamasının `Qarabağ`ın gücündən xəbər verməsini söylədi.

Saat 9-da isə `Borussiya` oyunqabağı sonuncu məşqinə çıxdı.  

Paylaş

// pop up