Qurban Qurbanov: "Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar"

25 İyl 2018
Qurban Qurbanov: "Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar"
Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Kukesi"ylə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
"Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".