Qurban Qurbanov: "Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq"

single-news
16 Sen 2020

Qurban Qurbanov: "Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq"



"Qarabağ"ımız UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Norveçin "Molde" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi öz fikirlərini bildirib:

 

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".

Paylaş