Qurban Qurbanov: "Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım"

4 Noy 2018
Qurban Qurbanov: "Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım"
Bu gün Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"ımız "Sumqayıt"ı 2:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı.