Qurban Qurbanov: “Bir az yorğunluq var idi”

single-news
10 Noy 2024

Qurban Qurbanov: “Bir az yorğunluq var idi”



Misli Premyer Liqasının XIII turunun “Qarabağ” - “Zirə” oyunundan (4:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Fasilə öncəsi vacib qalibiyyət idi. Komandada bir az yorğunluq var idi. Çünki bundan əvvəl uzun səfər etmişdik. Bu, birinci hissədə daha çox hiss olundu. “Zirə” də ilk yarıda çox yaxşı müdafiə olunurdu. Amma ikinci hissədə futbolçularımız daha yaxşı oynamağa başladılar. Vurduğumuz ikinci qol oyunu sanki bir az asanlaşdırdı”.

 

Baş məşqçi avrokubok matçlarında heyətdə tez-tez dəyişiklik etməyin tərəfdarı olmadığını söyləyib: “Vacib matçlarda heyətdə çox dəyişiklik etməyin tərəfdarı deyiləm. Bəzən bir, maksimum iki dəyişiklik etmək olar. Avrokubokda rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Meydanda da həmin təzyiqə gözən futbolçular olmalıdır. Hansısa oyunçunun hazırlığının digərindən yaxşı vəziyyətdə olduğunu görsək, o zaman dəyişiklik edə bilərik”.

Paylaş

// pop up