Qurban Qurbanov: "Biz burada qələbə qazanmaq istəyirik"

single-news
9 İyl 2019

Qurban Qurbanov: "Biz burada qələbə qazanmaq istəyirik"



"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda sabah Albaniyanın "Partizani" klubunun qonağı olacaq. Komandamızın başməşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Bizi çətin oyun gözləyir. Ötən ildə Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Bilirik ki, rəqibin yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar. 

Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaq lazımdır. 

Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".

Paylaş