Qurban Qurbanov : `Biz məğlub olmağa gəlməmişik`

Qurban Qurbanov : `Biz məğlub olmağa gəlməmişik`
Qurban Qurbanov oyundan bir gün əvvəl keçirilən mətbuat konfıransında oyun haqqında bunları dedi : `Çox çətin oyun olacaq,ilk oyunda qələbə qazanmışıq amma sabahki oyunda favorit kimi `Zalsburq` klubu göstərilir buda rəqibin nə qədər ciddi rəqib olduğunu ortaya qoyur.Son günlərdə ölkəmizdə çox ağır hadisələr baş verir və təbiiki bu hamımızı məyus edir amma sabah çalışacağıq ki, komandamız bu hadisələrdən təsirlənməsin.Bir sıra itkilərimiz var ona görədə müdafiədə çox diqqətli oynamağa çalışacıq.İlk oyunda azarkeşlərimizin möhtəşəm dəstəyi var idi sabah böyük ehtimal `Zalsburq` azarkeşləridə komandalarını daha çılğın formada dəstəkləyəcək.Son olaraq bunu deyimki biz Avstriyaya məğlub olmaq üçün gəlməmişik.`
Qeyd edək ki `Qarabağ`ımız sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.