Qurban Qurbanov: Bizi ancaq `Visla` ilə oyun maraqlandırır

single-news
4 Avq 2010

Qurban Qurbanov: Bizi ancaq `Visla` ilə oyun maraqlandırır



`Qarabağ`  - `Visla` oyunu ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. İlk olaraq baş məşqçimiz Qurban Qurbanov oyun haqqında öz fikirlərini bildirib. Qurban müəllim oyunun çox çətin keçəcəyini, meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazım olduğunu bildirib. `Visla` qol vurması üçün bütün mümkün variantlardan istifadə edəcəyini  bildirdi. Rəqibin meydan boyu pressinq edəcəyi də mümkündü.  Penalti zərbələri haqqında fikirləşmirik. Daha doğrusu bunun üzərində məşq etməyin elə də önəmli olmadığını bildirdi. Qurban müəllim azarkeşlərdən sonadək `Qarabağ`ı dəstəkləməyi, növbəti  tur haqqında indidən fikirləməyin yanlış olduğunu söylədi.
Ardınca  media mənsublarının önünə ` Visla`nın çalışdırcısı Henrix Kasperçak çıxıb. Qocaman mütəxəssis Bakıya tur üçün gəldiyini gizlətməyib. Krakovluların baş məşqçisi oyun öncəsi yeganə narahatçılığının ilk oyunda aldıqları minimal hesablı məğlubiyyətə görə tur şansını çətinə salmaqları olduğunu bildirib. Kasperçak istinin onları qorxutmadığını da söyləyib. `Qarabağ`ın müdafiədə yaxşı oynadığını, öz komandasının isə hücum probleminin 2-ci oyunda aradan qalxacağına ümid etdiyini bildirib.

Paylaş

// pop up