Qurban Qurbanov: " Bizi çətin qarşılaşmalar gözləyir"

single-news
18 İyn 2019

Qurban Qurbanov: " Bizi çətin qarşılaşmalar gözləyir"



Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ımızın rəqibi məlum olub. Komandamız bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib.

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

Komandamızın kapitanı Rəşad Sadıqov püşkə belə münasibət bildirib:

 

"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq, keçən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər bir rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".

 

Paylaş