Qurban Qurbanov: "Bizi çətin və maraqlı qarşılaşma gözləyir"

single-news
10 İyl 2018

Qurban Qurbanov: "Bizi çətin və maraqlı qarşılaşma gözləyir"



“Qarabağ”ımız UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun qonağı olacaq.

Baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır.

Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Paylaş