Qurban Qurbanov: "Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı"

Qurban Qurbanov: "Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı"
"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində IV turda "Sivasspor"a 2:3 hesabı ilə məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Sivasspor"u təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Ancaq nəticədə məğlub olduq. Futbolda belə hallar olur. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Çox dəyişiklik etmədik. 1-2 oyunçumuz meydana çıxa bilsəydi, oyunu sürətləndirə bilərdik. Əlimizdəki futbolçularla ən doğrusunu etməyə çalışdıq. Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".