Qurban Qurbanov: "Bizim üçün çox vacib oyundu"

single-news
27 Noy 2019

Qurban Qurbanov: "Bizim üçün çox vacib oyundu"



UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ımız sabah səfərdə "Sevilya"nın qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib növbəti mərhələni təmin edib. Bizim üçün çox vacib oyundu. Ancaq ümumiyyətlə hər matç belədi. Daim çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdıraq. Ələlxüsus da böyük komandalara qarşı. Böyük komandaya qarşı oynayacağıq. Sona kimi mübarizə aparmağa çalışacağıq. Rəqib hər matçda qələbə qazanmağa çalışırlar. 90 dəqiqə pressinq edirlər. Bakıdakı oyunda bunu gördük. Bugünkü açıqlamalardan da görürəm ki, sabah daha çox hücum etmək istəyəcəklər. Mən də belə düşünürdüm. “Sevilya” daim dinamik futbol oynamağa çalışır. Onlardan bunu gözləyirəm".

 

Qurban Qurbanovla yanaşı, ispaniyalı futbolçumuz Xayme Romero da mətbuat konfransında iştirak edib:

 

"Güclü rəqibə qarşı çıxış edəcəyimizin fərqindəyik. Bizə xal lazımdı. Müdafiədə diqqətli olmalı və şanslarımızı gözləməliyik".

Paylaş