Qurban QUrbanov: "Bizim üçün vacib olan 3 xalı əldə etdik"

23 Sen 2019
Qurban QUrbanov: "Bizim üçün vacib olan 3 xalı əldə etdik"
Bu gün Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"ımız səfərdə "Zirə"ni 3:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik. Deyəsən Xaymenin durumu yaxşı deyil. Ola bilsin ki, zədəsi ciddidir. Digər zədəli oyunçular - Mahir Emreli və Rahil Məmmədov fərdi qaydada məşqlərə başlayıb. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun".