Qurban Qurbanov: "Bizim üçün vacib qələbə oldu"

16 Avq 2019
Qurban Qurbanov: "Bizim üçün vacib qələbə oldu"
Bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış matçında "Qarabağ"ımız səfərdə "Keşlə"ni 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Çətin oyun oldu. Sıx qrafikdəyik. Futbolçularımı həddindən artıq gərgin qrafik gözləyir. Nəticədən çox futbolçularımın sağlam olması əsasdır. Diqqətli olmalıyıq. Bir qolla qalib gəldik. Futbolçularımı təbrik edirəm. Onlarda bir az psixoloji gərginlik var idi. Bizim üçün vacib qələbə oldu".