Qurban Qurbanov: "Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir"

single-news
19 Sen 2019

Qurban Qurbanov: "Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ilk matçında "Sevilya"ya 0:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:


"İstəməzdik ki, məğlub olaq. Ancaq bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindi. Bunu qəbul etməliyik. Matçdan əvvəl də bildirmişdim ki, “Sevilya” çox dinamik komandadı və topla həddən artıq sürətli davranır. Futbolçulara təşəkkür edirəm. Onlar üçün çox ağır idi. Belə komandalara qarşı mübarizədə hər futbolçu öz gücünü bilir.Son vaxtlar bolqollu matçlar çox olur. Rəqibi təbrik edirəm. Həm yaxşı oyuna, həm də qələbəyə görə. Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm".

Paylaş