Qurban Qurbanov: "Bu gün çox əziyyət çəkdilər"

12 Noy 2018
Qurban Qurbanov: "Bu gün çox əziyyət çəkdilər"
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"ni 3:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluğa görə yox, bəzən Avroliqadakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi. Bu gün çox əziyyət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvlərinə istirahət olmayacaq".