Qurban Qurbanov: "Bu gün də bunu sübut etdik"

single-news
9 Noy 2018

Qurban Qurbanov: "Bu gün də bunu sübut etdik"



Bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ımız səfərdə "Vorskla"nı 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. “Vorskla”ya uğurlar arzulayıram. Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq".

Paylaş