Qurban Qurbanov: "Bu gün tam birlik gördüm"

single-news
25 Okt 2019

Qurban Qurbanov: "Bu gün tam birlik gördüm"



Bu gün "Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə 2:2 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
 

"Hamı üçün çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə var idi, həm qollar oldu. Azarkeş bunun üçün stadiona gəlir və hər birini göstərə bildik. Sadəcə, qələbə çatışmadı. Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçular soyuqqanlı olmağı bacardılar. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm".

Paylaş