Qurban Qurbanov: "Bu, komandamız üçün çox faydalı olacaq"
![single-news](https://qarabagh.com/uploads/catalog/274.jpg)
1 Noy 2019
Qurban Qurbanov: "Bu, komandamız üçün çox faydalı olacaq"
Bu gün Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"ımız səfərdə "Neftçi"ylə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib çox istəkli oynadı. Bu da başadüşüləndi. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandı belə mübarizəli oyun olmamışdı. Bu, komandamız üçün çox faydalı olacaq".