Qurban Qurbanov: "Bu məğlubiyyət bizi düşünməyə vadar edir"

single-news
12 May 2018

Qurban Qurbanov: "Bu məğlubiyyət bizi düşünməyə vadar edir"



"Qarabağ"ımız Azərbayan Premyer Liqasının XXVII turunda səfərdə "Keşlə"yə 0:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Bu oyun barədə fikirlərim neqativdi. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Burda səhvlərimiz nə idi, açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabıyla uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu".

Paylaş

// pop up