Qurban Qurbanov: "Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq"

16 Dek 2019
Qurban Qurbanov: "Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq"
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"ımız "Keşlə"ni 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika var idi. Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq".