Qurban Qurbanov: "Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm"

single-news
2 Okt 2020

Qurban Qurbanov: "Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm"



"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasını pley-offunda Polşada "Legiya" üzərində qələbədən (3:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

"Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər. Çox vacib qələbə idi. Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram. Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".

Paylaş