Qurban Qurbanov: "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

24 Avq 2018
Qurban Qurbanov: "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"
"Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1hesabıyla məğlub oldu. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".