Qurban Qurbanov: "Bütün diqqətimiz bu matçda idi"

single-news
22 Avq 2020

Qurban Qurbanov: "Bütün diqqətimiz bu matçda idi"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər".

Paylaş

// pop up