Qurban Qurbanov: "Bütün matçlara bu həvəslə çıxsaq, daha yaxşı nəticələr əldə edəcəyik"
15 Avq 2021
Qurban Qurbanov: "Bütün matçlara bu həvəslə çıxsaq, daha yaxşı nəticələr əldə edəcəyik"
Baş məşqçimiz Qurban Qurbanov Premyer Liqanın 1-ci turunda "Zirə" ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bölüşüb:
"Kifayət qədər qol epizodu yarada bildik, lakin bunlardan yararlana bilmədik. İstəkli, meydanın hər qarışı uğrunda mübarizə aparan komandaya qarşı oynadıq. Bir xal qazandıq. Bütün matçlara bu istək və həvəslə çıxsaq, daha yaxşı nəticələr əldə edəcəyik. Sıx qrafik olsa da, öz oyunumuzu qoruyub saxlaya bildik. Xeyli vaxt idi ki, Premyer Liqada azarkeş görmürdük. Bu amil bu gün futbolçularda istək yaratdı. Azarkeşlərə təşəkkür edirəm".
