Qurban Qurbanov: "Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək"

single-news
23 Okt 2019

Qurban Qurbanov: "Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin III turunda sabah APOEL-lə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: 


"Bizim üçün hər oyun vacibdi. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".

 

Futbolçumuz Qara Qarayev də sabahkı oyun haqda danışıb:

 

" "Bu oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdu. Tam gücümüzlə hazırıq. Ən vacib olan psixoloji və fiziki cəhətdən hazır olmaqdı. Əlimizdən gələni edəcəyiki ki, azarkeş amilindən yararlanaq və yaxşı nəticə göstərək".

Paylaş