Qurban Qurbanov: "Çalışacağıq ki, maksimum diqqətli olaq"

single-news
6 Noy 2019

Qurban Qurbanov: "Çalışacağıq ki, maksimum diqqətli olaq"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah səfərdə APOEL-in qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

“Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, maksimum diqqətli olaq”.

Paylaş

QARABAĞI UNUTMA!