Qurban Qurbanov: "Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq"

single-news
30 İyl 2019

Qurban Qurbanov: "Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq"



"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında sabah "Dalğa Arena"da "Dundalk"ı qəbul edəcək. Baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Çox vacib oyuna hazırlaşırıq. Cavab matçı həmişə bizi daha diqqətli olmağa məcbur edir. Ələlxüsus da belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidi. Nə qədər çətin olsa da, mənə elə gəlir ki, sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq.

 

Bədavi Hüseynovda durum heç də yaxşı deyil. O hətta fərdi məşqlərə belə başlamayıb. Məşqlərə başladı, ancaq hiss etdi ki, vəziyyət yaxşı deyil və məşqləri dayandırdı. Dünən MRT olundu və qərar verdik ki, hələ müaəlicə davam etməlidi. Digər zədəlilər 100 faiz hazır olmasalar da, onlarda durum yaxşılığa doğru gedir.

 

Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdi. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik".

Paylaş