Qurban Qurbanov: "Çatışmayan yalnız qol idi"

19 Fev 2021
Qurban Qurbanov: "Çatışmayan yalnız qol idi"
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. 0:0 hesabı ilə başa çatan oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
48 yaşlı mütəxəssis oyundan razı qaldığını bildirib: “Yaxşı oynadıq. Futbolçularımdan razı qaldım. Sürətli oyun izlədik. Bu matçda çatışmayan yalnız qol idi. Belə davam etsək, daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.