Qurban Qurbanov: "Cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq"

single-news
22 İyl 2021

Qurban Qurbanov: "Cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq"



UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la keçirilən oyundan (0:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirib.

 

"Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik. Son 10-15 dəqiqəni nəzərə almasaq, yüksək tempdə mübarizə apardıq. Futbolçular çox çalışdılar, intizamlı oynadılar. "Aşdod" da təhlükəli əks-hücuma keçən komandadır. Elə bu əks-hücumdan Maksim Medvedev qırmızı vərəqə aldı. Problemlərə baxmayaraq, cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq".

Paylaş