Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"

single-news
23 Avq 2019

Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"



Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ"ımız səfərdə Şimali İrlandiyanın "Linfild" klubuna 2:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası fikirlərini bildirib: 

"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

 

Paylaş