Qurban Qurbanov: "Cavab matçında maksimum diqqətli olmalıyıq"

single-news
25 İyl 2019

Qurban Qurbanov: "Cavab matçında maksimum diqqətli olmalıyıq"



"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə İrlandiyanın "Dundalk" klubuyla 1:1 hesablı heç-heçə edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

"Bütün şəraiti nəzərə alsaq bizim üçün ağır səfər idi.  Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik",

Paylaş