Qurban Qurbanov "Çelsi"nin düşərgəsində FOTOLAR

18 Dek 2017
Qurban Qurbanov "Çelsi"nin düşərgəsində FOTOLAR
"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov "Çelsi" klubunun bazasına yollanıb.
Baş məşqçimiz "Çelsi"nin "Soutqempton"la oyunu izləyib. Dünən isə klubun akademiyasında olan Qurban Qurbanov "Çelsi"nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturuyla tanış olub. Bu gün "Çelsi"nin baş məşqçisi Antonio Konteylə görüşən baş məşqçimiz həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.