Qurban Qurbanov: "Çətin oyun olsa da, sonda 3 xal qazana bildik"

single-news
7 Apr 2018

Qurban Qurbanov: "Çətin oyun olsa da, sonda 3 xal qazana bildik"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXII turunda "Səbail"i 1:0 hesabıyla məğlub etdi. Oyundan sonra baş məşqçimiz Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

 

"Vacib 3 xal qazandıq. 4-cü dövrəyə qələbəylə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram".

Paylaş

// pop up