Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"

single-news
31 Avq 2020

Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"



"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib:

 

"Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq"

Paylaş