Qurban Qurbanov: "Çox diqqətli və məsuliyyətli olmalıyıq"

single-news
17 Avq 2020

Qurban Qurbanov: "Çox diqqətli və məsuliyyətli olmalıyıq"



"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Şimali Makedoniyanın "Sileks" klubuyla qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Çox danışmağa ehtiyac yoxdu. Bir oyundan ibarət mərhələdi. Buna görə də çox diqqətli və məsuliyyətli olmalıyıq. Rəsmi oyun təcrübəmiz yoxdu. Futbolçular pis hazırlaşmayıblar, hər şeyi gözəl dərk edirlər. Sabah meydanda yaxşı mübarizə olmalıdı".

Paylaş

// pop up