Qurban Qurbanov: “Çox intizamlı oynamalıyıq”
Qurban Qurbanov: “Çox intizamlı oynamalıyıq”
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:
“Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. İnanıram ki, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq. İlk matçda göstərilən mübarizəyə əsasən hər iki komanda qalib gəlməyə layiqdir. Bizim kiçik üstünlüyümüz var, 1:0 hesabı ilə öndəyik. Üstəlik, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik. “Şkendiya” bizdən əvvəl FCSB üzərində iki oyunda qələbə qazanan komandadır. Onların ifasında xarakter, döyüşkənlik gördük. Bu rəqiblə bağlı təəssüratlarım eyni qalıb. Sabah onlara qarşı çox intizamlı oynamalı və möhkəm olmağı bacarmalıyıq”.
