Qurban Qurbanov: "Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək"

single-news
7 Noy 2018

Qurban Qurbanov: "Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Vorskla"nın qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Sabah çətin vacib oyun olacaq. Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik. Çətin olacaq. Çünki “Vorskla” öz meydanında çox güclü oynayır. Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar sabah bütün gücləri ilə mübarizə aparacaq. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq".

 

Daha sonra futbolçumuz Qara Qarayev də öyun haqda danışıb: 

 

"Bizi sabah çox çətin oyun gözləyir. Uğur qazanmaq üçün heç bir maneə yoxdur. Ev oyunundan sonra rəqib barədə bu sözləri demək olar ki, yaxşı nəticə qazanmağı bacarırlar. Sabah müsbət nəticə əldə etmək güc tələb edəcək. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik".

 

Paylaş