Qurban Qurbanov: "Çox istərdik ki, qalib gələk"

single-news
25 Noy 2020

Qurban Qurbanov: "Çox istərdik ki, qalib gələk"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"u qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Hər iki komanda üçün vacib oyundur. Bizim xalımız yoxdur, çox istərdik ki, qalib gələk. Amma biz "Sivasspor"un gücünü ilk oyunda gördük. Bu oyuna daha yaxşı hazırlaşmışıq. Sadəcə əlimizdə futbolçuların sayı azdır, bir neçə futbolçum bu oyunda iştirak edə bilməyəcək. Hər halda çalışmalıyıq ki, yaxşı oyun oynayaq və qalib gələk. Futbolçularıma güvənirəm. 

 

Neçə illər "Qarabağ"ın və milli komandamızın kapitanı olmuş Rəşad Sadıqov kəlbəcərlidir. Bu məsələyə mütləq toxunmalıyam. Kəlbəcərin işğalçılardan azad olunması münasibəti ilə ilk olaraq onu təbrik edirəm. Onun bu gün nə qədər sevincli olduğunu bilirəm. İstəyərdim Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm",

Paylaş