Qurban Qurbanov: "Çox istəyirdik qalib gələk, ancaq alınmadı"

23 Apr 2019
Qurban Qurbanov: "Çox istəyirdik qalib gələk, ancaq alınmadı"
Bu gün "Qarabağ"ımız Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Qəbələ"ylə(0:1) qarşılaşıb.
Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:
“Çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı. Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”