Qurban Qurbanov: “Çox vacib qələbə qazandıq”

single-news
3 Mar 2024

Qurban Qurbanov: “Çox vacib qələbə qazandıq”



Misli Premyer Liqasının XXV turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Çox istəkli komandaya qarşı oynayırdıq. Bu matça çox yaxşı hazırlaşmışdılar. Oyuna tam istədiyim kimi nəzarət edə bilmədik. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlər üçün çox maraqlı görüş oldu. Hər iki komanda sürətli, dinamik futbol oynadı. Stadionda çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. İki qol sonda, əks-hücumlarda vuruldu. Rəqib riskə getmişdi. Belə matçlarda 1:2, 1:3 və ya 1:4 uduzmaq böyük fərq etmir. Çünki itiriləcək bir şey olmadığı üçün çox sayda futbolçu ilə irəli atılırlar”.

 

Qurbanov Premyer Liqanın turnir cədvəlindəki 23 xallıq fərq barədə sualı cavablandırıb: “Bu xal fərqinə uçurum kimi baxmayaq. Əksinə, komplekt olunmuş komanda kimi baxar. Bizim oyunlar daha uğurlu keçib, nəinki rəqiblərin. Bütün matçlara ciddi hazırlaşacağıq. Bu fikir bizə ancaq mane ola bilər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə vurmuşuq. Ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Çempionat heç də asan deyil. Bütün rəqiblər istənilən komandaya qarşı çox düzgün oynayırlar. Buna uçurum kimi baxmırıq”.

Paylaş