Qurban Qurbanov: “Çox vacib üç xal qazandıq”

single-news
25 Sen 2023

Qurban Qurbanov: “Çox vacib üç xal qazandıq”



Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” oyunundan sonra (1:2) komandamızın baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 51 yaşlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb.

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal qazandıq. 90 dəqiqə daha yaxşı futbol göstərmək istəyərdik. Əfsuslar olsun ki, alınmadı. “Qəbələ”yə uğurlar arzulayıram. Ola bilər ki, hesab 2:0 olduqdan sonra bir az arxayınçılıq yarandı. Amma biz müdaxilə edirdik ki, bu ciddi səviyyəyə qalxsın. Rəqibin itiriləcək bir şeyi olmayanda çox aktiv şəkildə riskə gedir. Bəzən buna hazır olmursan və oyunu itirirsən ki, sonradan qaytarmaq çətindir. Qırmızı vərəqəyə qədər hər şey qaydasına düşməyə başlamışdı.  Bu vərəqədən sonra tam əksi oldu”.

 

Qurban Qurbanov ayrı-ayrı oyunçuların çıxışına da toxunub: “Andrey Lunyov çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olmalıdır. Bu, bizi sakitləşdirməməlidir. Nəriman Axundzadəyə inamımız var. Çox istərdim ki, daha yaxşı səviyyəyə gəlsin. Potensialı böyükdür, öz üzərində işləməlidir. Leandro Andrade “Qarabağ”a gələnə qədər pleymeyker kimi çox az oynayıb. Biz ondan belə istifadə etməyə başladıq. Bolqarıstanda əsasən sol cinahda oynayırdı. Hər iki mövqedə faydalıdır. Bu gün sağ hücumçunun sol ayağının daha yaxşı olmasını istərdim. Leandro da bunu daha yaxşı bacarır”.

 

Paylaş

// pop up