Qurban Qurbanov: "Daha düzgün hazırlaşmalıyıq"

single-news
5 Noy 2020

Qurban Qurbanov: "Daha düzgün hazırlaşmalıyıq"



Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ımız səfərdə "Sivasspor"a 0:2 hesabı ilə məlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Sivasspor"u təbrik edirəm. Vacib 3 xal qazandılar. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar edən komandaya qarşı oynadıq. Futbolçular çox çalışdılar. Maksimum səylə topu özümüzdə saxlamaq istəyirdik. Bir standart vəziyyət, bir də əks-hücumdan qol buraxdıq. Qrafikimiz çox sıxdı. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara baxacağıq. Daha doğru, daha düzgün hazırlaşmalıyıq".

Paylaş